605 təyyarə, 274 helikopter, 24 770 PUA ...- Ukraynanın itkiləri

15:04 - 29 May 2024 - DÜNYA

Son 24 saat ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini və 31 pilotsuz uçuş aparatını (PUA) vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ istehsalı olan 2 HARM anti-radar raketi, 2 Fransa istehsalı olan “Hammer” idarəolunan bombası, “Qrad” və “Alder” raketləri vurulub.

Qeyd olunur ki, xüsusi hərbi əməliyyat başlayandan indiyədək ümumilikdə 605 təyyarə, 274 helikopter, 24 770 pilotsuz uçuş aparatı, 524 zenit-raket kompleksi, 16 191 tank və digər zirehli döyüş texnikası, 1322 reaktiv yaylım atəşi vasitəsi sistemləri, 9930 ədəd artilleriya silahı və minaatan, o cümlədən 22 093 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.

Xəbər xətti