ABŞ Rusiyaya ikili təyinatlı məhsulların tədarükünə görə Amerikanın sanksiyalarına məruz qalan Çin şirkətlərinin siyahısını genişləndirməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.
“Biz artıq müəyyən etdiyimiz 100-dən çox Çin strukturuna sanksiya tətbiq etmişik, bunu davam etdirəcəyik” - Dvlət katibi deyib.
Belə ki, Blinken ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Çindən Rusiyanın hərbi-sənaye kompleksinin maraqlarına uyğun məhsulların tədarükü ilə bağlı iddia edilən dinləmələrdə şərh verib.