2027-ci ildə qadınlar arasında dünya çempionatı Braziliyada keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, Dünya çempionatının keçiriləcəyi yer cümə günü Banqkokda keçirilən Beynəlxalq Futbol Federasiyasının (FİFA) 74-cü Konqresində müəyyənləşib.
Turnirə ev sahibliyi etmək üçün Belçika, Niderland və Almaniyadan da birgə müraciət olub. Meksika və ABŞ aprelin 29-da birgə ərizələrini geri götürüblər.
2023-cü il dünya çempionatı Avstraliya və Yeni Zelandiyada keçirilib.