Beynəlxalq Futbol Federasiyasının (FIFA) Şurası 2024-cü il iyulun 20-dən əvvəl toplanaraq Fələstin Futbol Federasiyasının İsrail Futbol Federasiyasının qurumdakı üzvlüyünü dayandırmaq tələbinə baxacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın prezidenti Canni İnfantino Banqkokda keçirilən FİFA-nın 74-cü Konqresində məlumat verib.
Daha əvvəl Fələstin Futbol Assosiasiyasının prezidenti Cibril Racup FİFA-dan müvəqqəti olaraq İsrail Futbol Federasiyasının üzvlüyünü dayandırmağı tələb edib.