FİFA Fələstinin İsrailin üzvlüyünün dayandırılması tələbinə baxacaq

08:58 - 17 May 2024 - İDMAN

 Beynəlxalq Futbol Federasiyasının (FIFA) Şurası 2024-cü il iyulun 20-dən əvvəl toplanaraq Fələstin Futbol Federasiyasının İsrail Futbol Federasiyasının qurumdakı üzvlüyünü dayandırmaq tələbinə baxacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın prezidenti Canni İnfantino Banqkokda keçirilən FİFA-nın 74-cü Konqresində məlumat verib.

Daha əvvəl Fələstin Futbol Assosiasiyasının prezidenti Cibril Racup FİFA-dan müvəqqəti olaraq İsrail Futbol Federasiyasının üzvlüyünü dayandırmağı tələb edib.

Xəbər xətti