Beynəlxalq Futbol Federasiyası (FİFA) futbol əfsanələrinin dünya üzrə turnesi təşkil etməyi, gələcəkdə isə sabiq futbolçular arasında dünya çempionatı keçirməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın prezidenti Canni İnfantino Banqkokda keçirilən FİFA-nın 74-cü Konqresində məlumat verib.
“Planlarımıza gəlincə, 2027-ci ilə qədər dünya üzrə 75 FİFA akademiyası açıq olacaq. Futbolsevərlər bu əfsanələri öz gözləri ilə görə bilsinlər. Ola bilər ki, əfsanələr arasında dünya çempionatı təşkil edək, bu da maraqlıdır. Elektron futbolu da inkişaf etdirəcəyik. Biz tərəfdaşlarımızla yeni oyunlar hazırlayırıq. İşçilərimiz üçün təcrübə proqramı yaradacağıq. Futbolçuları gələcəyə hazırlamaq üçün idarəetmə kursları təşkil edəcəyik, bu çox vacibdir. Biz də təbii ki, sosial problemlərə və insan haqlarına vaxt ayıracağıq”. - FİFA prezidenti deyib