“Qarabağ”ın oyununun yeri dəyişdirilib

20:00 - 13 May 2024 - İDMAN

Azərbaycan Premyer Liqasının XXXVI turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun yeri dəyişdirilib.

Ucnoqta.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Qarşılaşma “Azersun Arena”da keçiriləcək. Buna Azərbaycan Kubokunun final oyunu ilə bağlı “Liv Bona Dea Arena”da aparılan işlər və Premyer Liqanın 2023/24-cü illər mövsümünün mükafatlandırma mərasimi səbəb olub.

“Araz-Naxçıvan” – “Qarabağ” oyunundan sonra mükafatlandırma mərasimi keçiriləcək. “Azersun Arena”da baş tutacaq tədbirdə cari mövsümün çempionu “Qarabağ”a medallar və çempionluq kuboku, həmçinin turnirin bombardirinə mükafatlar təqdim ediləcək.

Qeyd edək ki, matç mayın 26-da keçiriləcək.

Xəbər xətti