Fransa XİN Ermənistan və Azərbaycan arasındakı danışıqlarla bağlı açıqlama yaydı

22:55 - 12 May 2024 - SİYASƏT

Fransa Xarici İşlər Nazirliyi gözlənilmədən bəyanat yayıb 

Ucnoqta.az xəbər verir ki, Fransa XİN Ermənistan və Azərbaycan işlər nazirləri arasında Almatıda aparılan danışıqları alqışlayıb.

Fransa mayın 10 və 11-də Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların yeni sessiyasının keçirilməsini alqışlayıb.

Fransa 2022-ci il oktyabrın 7-də Praqada keçirilən dördtərəfli görüşə uyğun olaraq, bu proses üçün əsas kimi 1991-ci il Almatı bəyannaməsinə, onların ərazi bütövlüyünün qarşılıqlı tanınmasına bağlı olduqlarını Tərəflər tərəfindən təsdiqlənməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, beynəlxalq ictimaiyyətin böyük hissəsi Qazax istiqamətində delimitasiyanın başlanmasını və müvafiq olaraq, işğal olunmuş 4 kəndin Azərbaycana qaytarılmasını dəstəkləsə də, Fransa tərəfi susaraq, açıq-aydın onun həyata keçirdiyi prosesdən razı qalmamışdı.

Xəbər xətti