AFFA-dan “Kəpəz”ə ağır cəza

20:06 - 10 May 2024 - İDMAN

16 yaşadək futbolçular arasında Azərbaycan çempionatının “Kəpəz” – “Qəbələ” matçında baş verənlərə hüquqi qiymət verilib.

Ucnoqta.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Qurumun İntizam Komitəsi Gəncədəki matçda yaşananları araşdıraraq müvafiq qərarlar verib.

“Kəpəz”in futbolçusu Yəhya Muradov 78-ci dəqiqədə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Onun komanda yoldaşı Tunar Əfəndiyev 90-cı dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığından 4 matçlıq diskvalifikasiya edilib.

Qarşılaşma bitdikdən sonra Gəncə klubunun futbolçuları Cavanşir Əliyev və Rahib Qurbanov rəqiblərini vurduqlarına görə hər ikisi 6 oyun cəzalanıb. Bu cəza bütün liqalara şamil edilir.

“Kəpəz”in 2 azarkeşi meydana daxil olaraq rəqib komandanın futbolçularını vurduğuna görə, uşaq və gənclər liqalarında pul cəzası olmasa da, müstəsna hal olaraq klub 500 manat cərimələnib. Gəncə təmsilçisi növbəti 10 ev oyunu azarkeşsiz keçirəcək.

Xəbər xətti