Şimali Atlantika Alyansının (NATO) sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə NATO-nun Brüsseldəki mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, ABŞ 2024-cü il iyulun 9, 10 və 11-də Vaşinqtonda NATO sammitinə ev sahibliyi edəcək.
Sammitə NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək, proqram daha sonra açıqlanacaq.