Azərbaycan çempionatının Əvəzedicilər liqasında xoşagəlməz hadisə baş verib.
Ucnoqta.az xəbər verir ki, bu, XXXIII turun “Kəpəz-2” – “Sumqayıt-2” matçında yaşanıb.
“Sumqayıt-2”ın inzibatçısı Elnur Hüseynov hakimi təhqir edib. AFFA-nın İntizam Komitəsi birbaşa qırmızı vərəqə alan inzibatçı ilə bağlı qərar verib.
Klub rəsmisi 5 oyun cəzalanıb. “Sumqayıt-2” 400 manat cərimə edilib.
Qeyd edək ki, çempionatın sonuna 3 tur qaldığı üçün Sumqayıt təmsilçisi mövsümü inzibatçısız bitirəcək.