Almaniyanın "Borussiya Dortmund" futbol klubu Çempionlar Liqasının 1/2 final mərhələsinin cavab oyununda Fransanın "Pari Sen-Jermen" klubuna 1:0 hesabı ilə qalib gələrək turnirin ilk finalçısı olub.
Ucnoqta.az xəbər verir ki, görüş Parisin "Park des Princes" stadionunda baş tutub.
Hesab oyunun 50-ci dəqiqəsində Mats Hummelsin qolu ilə açılıb. Dortmundda keçirilən ilk görüş də "Borussiya"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Finalda “Borussiya” Almaniyanın “Bavariya”sı ilə İspaniyanın “Real Madrid” klubları arasındakı qarşıdurmanın qalibi ilə qarşılaşacaq.
Komandalar arasında ilk oyun Münhendə baş tutub və 2:2 hesabı ilə başa çatıb. Cavab oyunu mayın 8-də Madriddə keçiriləcək.
“Borussiya” üçüncü dəfə Çempionlar Liqasının finalında çıxış edəcək.