BMT Baş Assambleyası 25 may tarixini Dünya Futbol Günü elan edib.
Ucnoqta.az xəbər verir ki, qətnamənin mətninə əsasən, bu qərar “1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunları çərçivəsində bütün regionların nümayəndələrinin iştirakı ilə tarixdə ilk beynəlxalq futbol turnirinin 2024-cü ildə keçirilməsinin 100 illiyi ilə əlaqədar” qəbul edilib.