Doğma meydanda "PSJ"yə 4:1 hesabı ilə məğlub olan və Çempionlar Liqasının 1/4 finalında mübarizədən kənarlaşdırılan "Barselona"nın baş məşqçisi Xavi əsəbini saxlaya bilməyib və kameranı qoruyan obyektə təpik atıb.
Ucnoqta.az xəbər verir ki, hakimdən qırmızı vərəqə alan gənc çalışdırıcı matçdan sonra ittihamlar səsləndirib.
56-cı dəqiqədə qarşısındakı kameranı qoruyan obyektə təpik atan ispaniyalı çalışdırıcı matçın rumıniyalı baş hakimi İştvan Kovaçsa sərt reaksiya verib. Əsəbini cilovlaya bilməyən Xavi qırmızı vərəqə alaraq tribunaya yollanıb.
"Hadisələrin hakimə görə bu həddə çatması ayıbdır. Bütün bir mövsümün işini hakimin bitirməsi yazıqdır. Hakimə bu gün "çox pis" idi" dedim".