Almaniya millisi ilə 1974-cü ildə dünya çempionatının çempionu Bernd Hölzenbeyn 79 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyasının saytı məlumat yayıb.
Onun ölüm səbəbi dəqiqləşdirilməyib.
Hölzenbeyn karyerasının böyük hissəsini Frankfurt “Ayntraxt”ında keçirib. O, həmçinin Amerikanın Fort Lauderdale Strikers komandasında oynayıb.
"Ayntraxt"la Hölzenbeyn UEFA kubokunu (1980) və üç dəfə Almaniya kubokunu (1974, 1975, 1981) qazanıb. O, Bundesliqada 420 matçda 160 qol vurmaqla hələ də klub tarixinin bombardiridir.
Almaniya millisində Hölzenbein 40 oyun keçirib və beş qol vuraraq komandanın 1974-cü il Dünya Kubokunda qızıl və Avro 1976-da gümüş qazanmasına kömək edib.