Nazir onu da rəis təyin etdi

22:25 - 6 Aprel 2024 - Mədəniyyət

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

Əmrə əsasən sözügedən vəzifəyə Nail Surxay oğlu Məmmədov təyinat alıb.

Nail Məmmədov bu təyinata qədər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional idarəsinin rəisi olub.

Xəbər xətti