Azərbaycanda fəaliyyət göstərən iki kino ittifaqı birləşib
Ucnoqta.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqtafçılar İttifaqı birləşdikdən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı adlandırılacaq.
Səsvermə ilə yeni təşkilatın Nizamnaməsi də təsdiq edilib.
İştirak edənlərdən yalnız rejissor Oqtay Mir Qasımov birləşmənin əleyhinə səs verib.