Xəstə təcili yardımın feldşerinə atəş açıb

10:44 - 29 Fevral 2024 - DÜNYA

Moskvada bir nəfər təcili yardımın feldşerini güllələyib

Ucnoqta.az Rusiya mətbuatına istnadən xəbər verir ki, hadisə fevralın 28-də 1-ci Zborovski prospektində baş verib. Yanıq xəsarətləri alan 67 yaşlı kişinin çağırışına təcili yardım briqadası gəlib.

Xəstəni maşına mindiriblər və kömək göstərməyə başlayıblar. Feldşer sarğı almağa gedəndə xəstə ona tapançadan atəş açıb.

Feldşer döş qəfəsindən aldığı yara ilə xəstəxanaya yerləşdirilib.

Xəbər xətti