Gürcüstan prezidenti Salome Zurabişvili özünün və tərəfdarlarının iddia etdiyi kimi eks-prezident Mixail Saakaşvilinin zəhərlənməsinə və işgəncələrə məruz qalmasına inanmır.
Ucnoqta.az xəbər verir ki, bunu Zurabişvili BBC-yə müsahibəsində bildirib.
“Mən buna inanmıram”, - Zurabişvili deyib.
"Onun həbsxanada öləcəyini düşünmürəm" - o, deyib.
Eyni zamanda, Zurabişvili Saakaşvilinin həbsdə ölməsinə imkan verməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, bunun baş verməməsi üçün hər gün aidiyyatı qurumlarla əlaqə saxlayıb.
Eks-prezidentin əfv olunmasından danışan Zurabişvili qeyd edib ki, bu məsələ açıq qalır. Onun sözlərinə görə, Saakaşvilini həbsdən azad etməyin başqa yolları var, məsələn, ekstradisiya. Zurabişvili keçmiş dövlət başçısının başqa ölkəyə aparılmasının mümkünlüyü barədə suala “Bu baş verə bilər” deyə cavab verib.///tass