Bitkoinin qiyməti 25 noyabr 2021-ci ildən bəri ilk dəfə 58 min dolları ötüb
Ucnoqta.az xəbər verir ki, Coindesk platformasının məlumatına görə, ticarət sessiyası zamanı bitkoinin dəyəri 3,84% artaraq 58,215 min dollar olub.
Qeyd edək ki, Bitkoinin qiyməti sonuncu dəfə 25 noyabr 2021-ci ildə 58 min dolları keçib.
Fevralın 26-dan onun dəyəri 7 min dollardan çox artıb.