Kamran Əliyev bu rayona yeni prokuror TƏYİN ETDİ

12:03 - 28 Fevral 2024 - Xəbər

Qubadlıya yeni prokuror təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Emil Kərimov Qubadlı rayonuna prokuror vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Emil Kərimov 2002-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub.

Əvvəllər Tərtər hərbi prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində mühüm işlər üzrə müstəntiq, Hərbi Prokurorluqda şöbə prokuroru, Hərbi prokurorun böyük köməkçisi və Hərbi Prokurorluqda şöbə və idarə rəisi vəzifələrində çalışıb.

Bundan başqa, əldə etdiyimiz məlumata görə Qubadlı rayonunda anadan olan və 14 yaşı olanda Qubadlı rayonu işğal olunduqdan sonra məcburən oradan çıxıb.///apa

Xəbər xətti