Rusiya martın 1-dən benzin ixracını dayandırır

10:47 - 27 Fevral 2024 - İQTİSADİYYAT

Rusiya hökuməti benzin ixracına qadağanın mart ayından qüvvəyə minəcəyini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Rusiya baş nazirinin müavini Aleksandr Novakın nümayəndəsi təsdiqləyib ki, ölkə martın 1-dən xaricə benzin satışına müvəqqəti qadağa tətbiq etməyi planlaşdırır. Digər tədbir isə birjada dizel satışı standartının 16%-ə çatdırılması ola bilər.

İxrac məhdudiyyətinin altı ay ərzində qüvvədə qalacağı gözlənilir. Təşəbbüs yaz və yay aylarında çöl işləri və neft emalı zavodlarında planlı təmir işləri aparılarkən Rusiya yanacağına tələbatın artmasının qarşısını almaq üçün nəzərdə tutulub.

Eyni zamanda, qadağa Aİİ ölkələrinə, eləcə də Monqolustan, Özbəkistan, Abxaziya və Cənubi Osetiyaya əvvəllər razılaşdırılmış benzin tədarükü həcmlərinə təsir etməyəcək.

Xəbər xətti