Zimbabvedə kəşf edilən Mukuyu qaz yatağı ekspertlər tərəfindən 2023-cü ildə Sahara-altı Afrikada kəşf edilən ikinci ən böyük qaz yatağı olduğu təxmin edilir.
Ucnoqta.az xəbər verir ki, bunu Invictus Energy lisenziyasına malik Avstraliya şirkətinin baş direktoru Skott Makmillan deyib.
Yatağın ölçüsü 36,4 milyard kubmetr həcmində qiymətləndirilir”.
Onun sözlərinə görə, Zimbabvenin Zambezi çayına bitişik bütün şimal regionu - Yuxarı və Aşağı Anqua regionları potensial olaraq karbohidrogenlərlə zəngindir. Hazırda Mukuyu-1 və Mukuyu-2 bloklarında, Kabora-Bassada qaz kəşfiyyatı fəal şəkildə aparılır.