Şirkətin satış müdirinə mənimsəmə ilə bağlı cinayət işi başlanıb

17:40 - 22 Fevral 2024 - Xəbər

“Best-Tarım” Qapalı Səhmdar Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsinə dair müraciət əsasında Sabirabad rayon prokurorluğunda araşdırma aparılıb.

Sabirabad rayon prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, araşdırmalarla QSC-nin satış müdiri Anar Babaşovun qeyriləri ilə birgə 2023-cü il ərzində anbardan müxtəlif qida məhsullarını məxaric edib malların dəyərini xəzinəyə mədaxil etməməsi nəticəsində 147 min manatdan artıq pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Xəbər xətti