Cümə axşamı səhər neftin qiymətləri cüzi artlb.
Ucnoqta.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti bir barel üçün 83,23 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 20 sent çoxdur.
Həmçinin, Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda aprel ayı üçün WTI neft fyuçerslərinin kotirovkaları da bu vaxta qədər 20 sent (0,26%) artaraq bir barel üçün 78,11 dollar təşkil edib.