Qazaxıstan yumurta idxalına qadağa tətbiq edib

13:34 - 19 Fevral 2024 - İQTİSADİYYAT

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi mayın 1-dən 6 ay müddətinə avtomobil yolu ilə digər ölkələrdən toyuq yumurtasının idxalına qadağa qoyub.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd olunur ki, 2023-cü ildə Qazaxıstan 4,9 milyard toyuq yumurtası istehsal edib. Daxili bazar öz istehsalının 98 faizi ilə təmin edilir.

Ötən həftə səlahiyyətlilər yumurta qiymətlərini ilin sonuna qədər sabitləşdirməyi planlaşdırdıqlarını da açıqlayıblar.

Xəbər xətti