Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi mayın 1-dən 6 ay müddətinə avtomobil yolu ilə digər ölkələrdən toyuq yumurtasının idxalına qadağa qoyub.
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd olunur ki, 2023-cü ildə Qazaxıstan 4,9 milyard toyuq yumurtası istehsal edib. Daxili bazar öz istehsalının 98 faizi ilə təmin edilir.
Ötən həftə səlahiyyətlilər yumurta qiymətlərini ilin sonuna qədər sabitləşdirməyi planlaşdırdıqlarını da açıqlayıblar.