"Qırmızı Körpü”də 160 yük avtomobili gözləyir

13:04 - 14 Fevral 2024 - İQTİSADİYYAT

Azərbaycanla Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 160 yük avtomobili gözləyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər yayıb.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, Samur gömrük postunda 54, "Mazımqara" gömrük postunda 24, "Astara" gömrük postunda 103, "Biləsuvar" gömrük postunda 70, “Xanoba” gömrük postunda 7 yük avtomobili var.

Xəbər xətti