Böyük Britaniyada yanvar ayında inflyasiya səviyyəsi dekabr ayı səviyyəsində qalıb və 4% təşkil edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsinin yeni hesabatında deyilir.
Bu rəqəm Britaniyanın tənzimləyici orqanı Ofgem tərəfindən qaz və elektrik enerjisi üçün maksimum tariflərin artırılması ilə əlaqədar yanvarda inflyasiyanın mülayim artacağını proqnozlaşdıran ekspertlərin gözləntilərindən aşağı olub.
Noyabrda inflyasiya illik ifadədə 3,9%, oktyabrda 4,6% təşkil edib.///tass