Londonun ICE birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti yanvarın 30-dan bəri ilk dəfə bir barel üçün 83 dolları ötüb.
Ucnoqta.az birja məlumatlarına əsasən xəbər verir ki, Brent markalı neftin qiyməti 1,17% artaraq 83,04 dollar/barel təşkil edib.
Eyni zamanda WTI markalı xam neftin mart ayında tədarük üçün fyuçersləri 1,18% bahalaşaraq bir barel üçün 77,94 dollar olub.