Azərbaycanda illik inflyasiya AÇIQLANDI

12:23 - 13 Fevral 2024 - İQTİSADİYYAT

2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi 2023-cü ilin yanvar ayına nisbətən 101,7%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7%, qeyri-qida məhsulları üzrə 101,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2% təşkil edib.

Ucnoqta.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz təşkil edib.

O cümlədən, yanvarda qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi dekabra nisbətən 101,1 % təşkil edib. Ayrı-ayrı qida məhsullarından daha çox artım düyünün, qoyun və toyuq ətinin, təzə balığın, südün, yumurtanın, zeytun yağının, naringinin, limonun, bananın, almanın, narın, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, yerkökünün, şəkərin, konfetlərin, meyvə şirəsinin, spirtli içkilərin, tütün məmulatlarının, azalma isə əsasən manna və qarabaşaq yarmasının, unun, çörəyin, mal ətinin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, çuğundurun, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xəbər xətti