İspaniyada hazırkı fermer etirazlarını təşkil edən ictimai hərəkat nümayişlərin strategiyasının dəyişdirilməsini və etirazlara heyvanların cəlb edilməsini təklif edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın nümayəndəsi Xayme de Pena bildirib.
"Bu gündən etibarən heyvanlar İspaniyanın yollarında gəzəcək" - o, deyib. De Pena fermerlərin traktorlarla keçirdiyi etiraz aksiyaları zamanı polisin güc tətbiq etməsinə qarşı çıxıb. O, əmrlərin bilavasitə İspaniya Daxili İşlər Nazirliyinə verildiyi fikrini də bildirib.
İspaniyada fermerlərin etirazları fevralın 6-da başlayıb. Fermerlər həm sektorun düşdüyü çətin vəziyyətə diqqət çəkməyə çalışır, həm də Avropanın kənd təsərrüfatı siyasətinə qarşı çıxırlar.