Polkovnik Xankəndiyə polis rəisi TƏYİN EDİLDİ

18:32 - 12 Fevral 2024 - Xəbər

Xankəndi Şəhər Polis Şöbəsinə polis rəisi təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Zaur Nəsirov Xankəndi şəhər Polis Şöbəsinə rəis təyin olunub.

Məlumatı DİN-in Mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, polkovnik Zaur Nəsirov Göygöl rayon Polis Şöbəsinin rəisi olub, o, əslən Xankəndi şəhərindədir.

Xəbər xətti