Neftin qiymətində cüzi dəyişiklik olub

15:54 - 9 Fevral 2024 - İQTİSADİYYAT

Cümə günü günortadan sonra neft qiymətləri əvvəlki sessiyada kəskin artımdan sonra cüzi dəyişib.

Ucnoqta.az xəbər verir ki, Londonun ICE Futures birjasında aprel fyuçersləri Brent markalı neftin qiyməti 2 sent ucuzlaşaraq bir barel üçün 81,61 dollar təşkil edib. 

WTI markalı neftin mart fyuçersləri NYMEX birjasında 13 sent bahalaşaraq bir barelə görə 76,35 dollar olub.

Cümə axşamı Brent 3,1%, WTI - 3,2%, həftənin əvvəlindən isə Yaxın Şərqdə gərginliyin artması fonunda hər iki qiymət 5%-dən çox artıb.

Xəbər xətti