Rusiya taxıl ixracatını 25% azaldıb

11:58 - 23 Yanvar 2024 - İQTİSADİYYAT

Yanvarın 1-dən 21-dək Rusiya taxıl ixracatını demək olar ki, 25% azaldıb.

Ucnoqta.az xəbər verir ki, Rusiya Taxıl İttifaqının monitorinqinə əsasən, yanvarın 1-dən yanvarın 21-dək Rusiya Federasiyası ixrac üçün 2,6 milyon ton taxıl göndərib ki, bu da bir il əvvəllə müqayisədə 24,5% azdır.

Birliyin analitik departamentinin direktoru Yelena Tyurinanın İnterfaks-a verdiyi məlumata görə, buğda daşınması 29% azalaraq 2,1 milyon tona, qarğıdalı 32% azalaraq 265 min tona düşüb. Bununla yanaşı, arpa ixracı 2,3 dəfə artaraq 203 min tona çatıb.

Xəbər xətti