Bitkoinin qiyməti 40 min dollardan aşağı düşüb

00:24 - 23 Yanvar 2024 - İQTİSADİYYAT

Bazar ertəsi bitkoinin qiyməti təxminən beş faiz ucuzlaşıb.

Ucnoqta.az xəbər verir ki, dekabrın əvvəlindən bəri ilk dəfə olaraq ən populyar kriptovalyuta 40 min dollardan aşağıdır.

Xüsusən, Binance kriptovalyuta birjasında Bitcoin 4,87 faiz ucuzlaşıb. Bitcoin 39 651 dollar dəyərində olub.

Bitkoin sonuncu dəfə ötən il dekabrın 3-də 40 min dollardan aşağı olub.

Xəbər xətti