"İşa" qasırğası Böyük Britaniyada fəsadlar törədib

13:28 - 22 Yanvar 2024 - DÜNYA

Böyük Britaniyada "İşa" fırtınasının səbəb olduğu və artıq ölkə daxilində nəqliyyat və ictimai xidmətlərin dayandırılmasına səbəb olan güclü küləklərlə bağlı xəbərdarlıq edilib.

Ucnoqta.az Sky News-a istinadən xəbər verir ki, küləyin sürəti 40-45 m/s-ə çatan şimal Şotlandiyanın bəzi ərazilərində vəziyyət xüsusilə çətinləşib.

İngiltərənin şimalında 8 minə yaxın ev işıqsız qalıb. Əlverişsiz hava şəraiti səbəbindən kommunal xidmətin təmiri briqadaları qəza yerinə çata bilmir. Zərərçəkmiş ərazilərdə elektrik enerjisinin verilişinin çərşənbə axşamı yerli vaxtla saat 17:00-a qədər bərpa olunacağı gözlənilir.

Şotlandiyada ən azı 10 ağacın dəmiryol xəttinin bir hissəsinə aşması qatarların hərəkətini dayandırıb.

Bazar ertəsi günü ölkə ərazisində güclü leysan yağacağı, küləyin sürəti 35 mil/saata çatacağı gözlənilir. Ölkənin bəzi şimal və qərb rayonlarında leysan xarakterli tufanla müşayiət oluna bilər.

İrlandiyada 170 minə yaxın ev, təsərrüfat və müəssisələr elektrik enerjisindən məhrum olub.

Xəbər xətti