Neft ucuzlaşıb

09:45 - 22 Yanvar 2024 - İQTİSADİYYAT

Neft ucuzlaşıb.

Ucnoqta.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin kotirovkaları bir barel üçün 78,23 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışında olan səviyyədən 0,33 dollar (0,42%) aşağıdır.

Həmçinin, Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda WTI markalı neftin fevral ayı üçün fyuçerslərinin qiyməti 0,25 dollar (0,34%) azalaraq bir barelə görə 73,16 dollar təşkil edib.

Xəbər xətti