Neftin qiyməti bahalaşdı

16:02 - 18 Yanvar 2024 - İQTİSADİYYAT

Brent markalı neftin bir barreli 78,3 dollara qədər yüksəlib

Ucnoqta.az xəbər verir ki, neft qiymətləri Cümə axşamı günortadan sonra Yaxın Şərqdəki geosiyasi gərginliklər səbəbindən yüksəlişlərini sürətləndirib.

Londonun ICE Futures birjasında Brent markalı mart fyuçerslərinin qiyməti 0,43 dollar (0,44%) bahalaşaraq bir barel üçün 78,31 dollar olub.

Bu vaxta qədər WTI markalı neftin fevral fyuçersləri NYMEX birjasında 0,56 dollar (0,77%) bahalaşaraq bir barelə görə 73,12 dollar olub.

Xəbər xətti