Brent markalı neft bahalaşıb

10:45 - 18 Yanvar 2024 - İQTİSADİYYAT

Qırmızı dəniz regionunda davam edən geosiyasi gərginliklər səbəbindən cümə axşamı neftin qiymətləri yüksəlib.

Ucnoqta.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin kotirovkaları bir barel üçün 78,1 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışındakı səviyyədən 0,22 dollar (0,3%) çoxdur. 

Nyu-York əmtəə birjasında (NYMEX) səhər saatlarında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin fevral ayı üçün fyuçers qiymətləri 0,4 dollar (0,55%) artaraq bir barelə görə 72,96 dollar təşkil edib. 

Xəbər xətti