Yaponiyanın ən böyük gəmiçilik şirkətləri regionda vəziyyətin pisləşməsi ilə əlaqədar Qırmızı dəniz vasitəsilə daşımaları tamamilə dayandırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Qeyd edildiyi kimi, müvafiq qərarı "NYK Line", "Mitsui OSK Lines" və "Kawasaki Kisen Kaisha" verib. Əvvəllər onlar yalnız İsraillə əlaqəli gəmilərlə daşımaları məhdudlaşdırırdılarsa, indi bütün digər gəmilərlə daşımalar dayandırılacaq.
Alternativ marşrut Afrikanın cənubundakı Ümid burnu vasitəsilə olacaq ki, bu da çatdırılma müddətinin uzadılmasına və daşınma xərclərinin artmasına səbəb olacaq.