Brent markalı neftin bir barreli 77,7 dollara düşüb
Ucnoqta.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin dəyəri bir barel üçün 77,66 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,63 dollar (0,8%) azdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində fevral ayı üçün WTI markalı neftin bir barelinin qiyməti bu vaxta qədər 0,65 dollar (0,9%) azalaraq 71,75 dollar təşkil edib.