2024-cü ilin fevralında ABŞ-da şist neft hasilatı yanvar ayı ilə müqayisədə 2 min barel azalacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir. Məlumata görə, azalma sutkada 9,682 milyon bareldən (b/d) 9,68 milyon barelədək təşkil edəcək.
Yanvarda faktiki şist neft hasilatı departamentin əvvəlki proqnozda gözlədiyi dəyərlərdən bir qədər aşağı olub və 9,692 milyon barellə müqayisədə sutkada 9,682 milyon barel təşkil edib.
Hesabatda göstərilir ki, neft hasilatının sıx cəmləşdiyi yeddi neftli regiondan beşində hasilatın azalması gözlənilir.