Rusiya Türkiyəyə neft tədarükünü rekord həddə çatdırıb

11:01 - 16 Yanvar 2024 - İQTİSADİYYAT

Rusiyadan Türkiyəyə dəniz yolu ilə neft tədarükü sutkada 444 min barelə yüksəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Kommersant” “Kpler” analitiklərinin məlumatlarına istinadən yazıb.

Ekspertlərin hesablamalarına görə, 2023-cü ilin dekabrında Rusiya neftinin Türkiyəyə tədarük həcmi noyabr ayı ilə müqayisədə gündəlik 12 min barel artaraq 444 min barelə çatıb. Bu həcmin 70%-ə yaxını Türkiyənin Əliağa limanına göndərilib.

“Dekabrda Türkiyəyə bütün Urals tədarüklərinin təxminən 85%-i coğrafi cəhətdən yaxın Novorossiyskdən deyil, Rusiyanın Primorsk və Ust-Luqa Primorsk və Ust-Luqa limanlarından olan tankerlərdən gətirilib”, - nəşr yazır.

İlkin məlumatlara görə, yanvarda Rusiya neftinin Türkiyəyə ixracı da sutkada 400 min bareli keçəcək. Bundan əlavə, Qırmızı dənizdə husilərlə bağlı problemlər fonunda Türkiyə neft ixracı üçün daha cəlbedici ölkəyə çevrilir.

Xəbər xətti