Pep Qvardiola 2023-cü ilin ən yaxşı məşqçisi seçilib

00:01 - 16 Yanvar 2024 - İDMAN

İngiltərənin "Mançester Siti" klubuna başçılıq edən ispaniyalı Pep Qvardiola Beynəlxalq Futbol Federasiyasının (FIFA) versiyasına görə 2023-cü ilin ən yaxşı məşqçisi seçilib.

Ucnoqta.az xəbər verir ki, mükafatlandırma mərasimi Londonda keçirilir.

Ötən mövsüm “Napoli”yə başçılıq edən və 2023-cü ilin yayında İtaliya millisinin baş məşqçisi olmuş italiyalı Simone İnzaqi (“İnter”) və Luçano Spaletti də mükafat uğrunda mübarizə aparıb.

Xəbər xətti