“2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 12 müəssisə fəaliyyətə başlayıb”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşım edib.
Bildirilib ki, bu müəssisələr tərəfindən sənaye zonalarına 135 milyon manat investisiya yatırılıb, 744 daimi iş yeri yaradılıb.