Rusiyada xiyar və pomidor bahalaşıb

12:48 - 15 Yanvar 2024 - İQTİSADİYYAT

Rusiyada tərəvəzlərin qiymətləri yazda, istixanalardan yeni məhsul bazara çıxmağa başlayanda azalmağa başlayacaq.

Ucnoqta.az-ın məlumatına görə, RİA Novosti bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına istinadən yazıb.

Departamentdən bildiriblər ki, ölkədə pomidor və xiyarın baha olması mövsümi tendensiyalarla bağlıdır. 

Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi qeyd edib ki, yerli istehsal həcmləri ümumilikdə adekvat qiymətə kifayət qədər təklifi təmin edir.

İdarədən onu da bildiriblər ki, hazırda bizneslə birlikdə pomidor istehsalının artırılması və onun maya dəyərinin aşağı salınması yolları müzakirə olunur.

Rusiyada tərəvəzlə yanaşı, yumurta və toyuq ətinin də qiymətində kəskin artım qeydə alınıb. 2023-cü ilin sonunda bu məhsulların maya dəyəri müvafiq olaraq 61,3% və 27,8% artıb.

Xəbər xətti