Azərbaycan ötən il qaz hasilatını artırıb

14:31 - 11 Yanvar 2024 - İQTİSADİYYAT

Azərbaycan 2023-cü ildə qaz hasilatını 3,2 faiz artırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində yazıb.

"Bu dövrdə 3,2% artımla hasil edilmiş 48,3 milyard kubmetr qazın 23,8 milyard kubmetri ixrac olunub", - o yazıb.

Bundan başqa, nazir ötən il hasil edilmiş 30,2 milyon ton neftin 25,2 milyon tonunun ixrac edildiyini qeyd edib.

Xəbər xətti