“CinemaPlus” kinoteatrlar şəbəkəsində eksklüziv olaraq yanvarın 12-dən Beyza Alkoçun kitabı əsasında çəkilmiş “3391 kilometr” türk melodramının nümayişi başlayacaq.
Ucnoqta.az xəbər verir ki, filmin yaradıcı prodüseri və rejissoru Deniz Enyüksekdir.
Baş rolları yeni nəslin ən populyar aktyorları Derya Pınar Ak və Ahmet Haktan Zavlak ifa ediblər.
Film sosial şəbəkə vasitəsilə tanış olan və aralarında kilometrlər olsa da güclü sevgi hissi yaşayan iki gəncin hekayəsindən bəhs edir. Tamaşaçılar 3391 kilometr məsafədə yerləşən Fransa ilə Türkiyə arasında eşq macərasının şahidi olacaqlar.
“3391 kilometr” filminin sosial şəbəkə səhifələrində on minlərlə şərh yazılıb. Kitabın pərəstişkarları hekayənin hər bir təfərrüatına o qədər bələddirlər ki, filmin çəkilişləri zamanı fanatların sıx təzyiqi və istəkləri nəticəsində ssenaridə olmayan, kitabda isə olan bir çox detallar əlavə edilib.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.