Türk lirəsi dollar qarşısında ilk dəfə tarixi minimuma düşüb.
Ucnoqta.az xəbər verir ki, onlayn ticarət məlumatlarına görə, lirənin məzənnəsi ABŞ valyutasının vahidi üçün 30-dan çox aşağı düşüb.
Cümə axşamı günü birja ticarəti 1 dollar üçün 29,95 lirədən başlayıb və hazırda 30,004-ə yüksəlib. Türkiyədə əhali və biznes üçün bu, bir növ psixoloji mərhələdir.